Bağdad metrosunun tikintisinə başlanacaq
Cari ilin sonunda İraqın paytaxtı Bağdad şəhərində metro şəbəkəsinin tikintisinə başlanacaq.
Fhnews.az “Bağdadiyun” qəzetinə istinadla xəbər verir ki, bunu Baş nazirin investisiya layihələri üzrə müşaviri Məhəmməd əl-Nəccar deyib. Yerüstü və yeraltı olmaqla 3 xətdən ibarət olacaq metro layihəsi çərçivəsində artıq 250 ha torpaq sahəsinin ayrıldığı bildirilir.
Layihə üzrə birinci mərhələnin həyata keçirilməsinə cari ilin sonunda başlanacığını bildirən iraqlı müşavir ilkin olaraq bir xəttin tikiləcəyini, daha sonra qalan xətlərin inşa ediləcəyini diqqətə çatdırıb.
Qeyd olunur ki, bir neçə il bundan qabaq planlaşdırılan layihənin yenilənmiş dizaynları beynəlxalq məsləhətçi ilə əməkdaşlıq şəraitində hazırlanır.
İstanbul Hava Limanının 4-cü uçuş-enmə...
ABŞ-da fırtına ciddi problemlər yaradıb...
Çində Dragon Boat Festivalı...
Ümumdünya Meteorologiya Təşkilatı: Yaxın...
Las Vegasda dünyanın ən böyük LED kürəsi...