29 may 2025, cümə axşamı Bakı, 19°C
IMG-LOGO

İngiltərədə avtomobil izdihamın üzərinə çırpılıb : çoxsayda yaralı var

26-05-2025
IMG

İngiltərənin Liverpul şəhərində Premyer Liqa çempionluğunu qeyd edən azarkeşlərin nümayişi zamanı avtomobil izdihamın üzərinə sürülüb. 

Mersisayd Polisindən verilən açıqlamada hadisə yerinə gələn polis qruplarının hadisəyə qarışan avtomobili saxladığı və bir nəfərin nəzarətə alındığı bildirilib.

Bildirilir ki, hazırda Fövqəladə hallar xidmətləri hadisə yerində işlərini davam etdirir. Hadisə ilə bağlı son məlumatlar paylaşılacaq. 

Polis hadisədə xəsarət alanların olub-olmaması ilə bağlı təfərrüatları hələlik açıqlamayıb.

Paylaş: