29 may 2025, cümə axşamı Bakı, 20°C
IMG-LOGO

AQTİ: Mərkəzi Baytarlıq Laboratoriyasında biokimyəvi və hematoloji analizlər yüksək dəqiqliklə aparılır

26-05-2025
IMG

Heyvanlarda qan testlərinin aparılması xəstəliklərin diaqnozu üçün ən vacib üsullardan biridir. Artıq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Mərkəzi Baytarlıq Laboratoriyasında hematoloji və biokimyəvi qan analizlərinin aparılması mümkündür.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hematoloji testlər vasitəsilə qanda hemoqlobinin səviyyəsini, həmçinin qırmızı qan hüceyrələrinin, leykositlərin, trombositlərin sayını təyin etmək mümkündür. Biokimyəvi qan testləri isə heyvanın daxili orqanlarının vəziyyətini qymətləndirməyə və nəzarətdə saxlamağa imkan verir.

Testlərin təyin edilməsində analizatorlardan istifadə olunması nəticələrin qısa müddət ərzində açıqlanmasına kömək edəcək. Qan testləri heyvan xəstəliklərinin başlanğıc mərhələdə aşkarlanması, baytar həkimlər tərəfindən müalicənin daha təsirli və sürətli aparılması üçün vacibdir.

Paylaş: