29 may 2025, cümə axşamı Bakı, 20°C
IMG-LOGO

Londonda 4,5 milyon funt sterlinqlik tarixi malikanə yanaraq məhv olub

26-05-2025
IMG

Londonda 18-ci əsrə aid, II dərəcəli tarixi abidə statusuna malik olan “Hollybush House” adlı malikanə güclü yanğın nəticəsində tamamilə məhv olub.

Fhnews.az “Independent”ə istinadla xəbər verir ki, hadisə bazar ertəsi gecə saat 01:00 radələrində Londoun Barnet bölgəsində baş verib.

Yanğını söndürmək üçün əraziyə 70 yanğınsöndürən cəlb olunub. London Yanğın Xidmətinin məlumatına görə, yanğın nəticəsində malikanənin dam örtüyü, birinci və aşağı mərtəbəsi çöküb. 9 otaqlı, 4,5 milyon funt sterlinq dəyərində olan bu ev 2020-ci ildə alınıb və hadisə baş verən zaman təmir işləri aparılırmış.

Yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin səbəbi araşdırılır.

Paylaş: