29 may 2025, cümə axşamı Bakı, 19°C
IMG-LOGO

AMB Gürcüstan Milli Bankı ilə pul siyasətinin həyata keçirilməsini müzakirə edib

27-05-2025
IMG

Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyəti işgüzar səfər çərçivəsində Gürcüstan Milli Bankında olub.

AMB-dan bildirilib ki, səfər zamanı tərəflər arasında pul siyasətinin həyata keçirilməsi, makroiqtisadi modelləşdirmə və proqnozlaşdırma, eləcə də xarici sektor statistikasının hazırlanması mövzularında praktiki müzakirələr aparılıb.

Görüşdə, həmçinin qeyd olunan istiqamətlər üzrə iki qurum arasında əməkdaşlığın təcrübə və məlumat mübadiləsi baxımından genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Paylaş: