Bir sıra ictimai iaşə və istirahət məkanlarının sahiblərinə xəbərdarlıq olunub
Bir sıra ictimai iaşə və istirahət məkanlarının sahiblərinə xəbərdarlıq olunub.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında da heyvan xəstəliklərindən azad statusun alınması üçün zəruri tədbirlər görülməkdədir: "Təəssüflə qeyd edək ki, Azərbaycanın bir sıra regionlarında, xüsusilə magistral yolların kənarında yerləşən istirahət zonalarında, restoran və kafelərdə vəhşi heyvanların və çöl quşlarının müxtəlif məqsədlərlə heç bir norma və qaydalara uyğun olmayan şəraitdə saxlanıldığı müşahidə olunur".
AQTA-dan vurğulanıb ki, bütün bunlar ölkədə epizootoloji sabitliyin pozulmasına risk təşkil etməklə yanaşı, ÜHST tərəfindən təsdiq olunmuş xəstəliklərdən azad zona statusuna da təhlükə yaratmış olur: "Ölkəmizdə biotəhlükəsizliyin qorunmasına təhlükə hesab ediləcək bu cür qanunsuz fəaliyyətlər ixrac potensialı geniş olan heyvan mənşəli qida məhsullarının ixracına da maneə yarada bilər. Heyvanların ictimai iaşə obyektlərində, həmçinin müxtəlif istirahət məkanlarında bu şəkildə saxlanılması və nümayiş etdirilməsi qanunvericiliklə qəti qadağandır və bununla bağlı olaraq Agentlik tərəfindən müvafiq qurumlarla birgə zəruri tədbirlər görüləcəkdir".
FHN-in strukturlarında 28 may –...
Şair Muxtar Qasımzadənin poeziya...
Sabah paytaxtda havanın temperaturu 30...
May ayının müavinət, təqaüd və ünvanlı...
Ümumdünya Halal Standartları Günü ilə...