Britaniyada Alzheymeri erkən aşkarlayan yeni beyin müayinəsi texnikası hazırlanıb
Böyük britaniyalı alimlər Alzheymer xəstəliyini hələ simptomlar başlamadan əvvəl müəyyən edə bilən yeni beyin müayinəsi texnikası hazırlayıblar.
Fhnews.az “Telegraph”a istinadla xəbər verir ki, dünyada ilk dəfə tətbiq olunan bu üsul beyin hüceyrələrinin strukturunu təhlil edərək xəstəliyin erkən mərhələlərində təsirlənən kortikal bölgələrdəki incə dəyişiklikləri müəyyən edə bilir. Hazırda demensiya və oxşar xəstəliklərin diaqnozu adətən yaddaş problemlərini müəyyən edən testlərə və beyində həcm itkilərini göstərən MRT müayinələrinə əsaslanır. Bu isə çox vaxt xəstəliyin artıq irəlilədiyi mərhələdə diaqnozun qoyulması ilə nəticələnir.
“Kortikal nizamsızlıq ölçümü” (cortical disarray measurement) adlanan bu yeni üsul MRT görüntülərini təhlil edən xüsusi proqram təminatından istifadə edərək neyrodegenerasiyanın daha incə əlamətlərini aşkarlayır. Tədqiqatçılar bu dəqiq diaqnostika alətinin demensiyadan narahat olan milyonlarla insan üçün ümid işığı ola biləcəyini bildiriblər. Yeni üsulun tətbiqi sayəsində Alzheymer xəstəliyinin daha erkən aşkarlanaraq müalicəyə başlanması mümkün ola bilər.
Britaniyanın “Oxford Brain Diagnostics” şirkəti artıq bu texnologiyanı tətbiq etmək üçün rəsmi sertifikat alıb və hazırda onu özəl səhiyyə müəssisələrində istifadəyə vermək məqsədilə danışıqlar aparır.
İstanbul Hava Limanının 4-cü uçuş-enmə...
ABŞ-da fırtına ciddi problemlər yaradıb...
Çində Dragon Boat Festivalı...
Ümumdünya Meteorologiya Təşkilatı: Yaxın...
Las Vegasda dünyanın ən böyük LED kürəsi...