29 may 2025, cümə axşamı Bakı, 19°C
IMG-LOGO

Sabah Şirvan şəhərinin qaz təchizatı dayandırılacaq

26-05-2025
IMG

Sabah Şirvan şəhərinin bir hissəsində qaz təchizatı dayandırılacaq.

Fhnews.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Şirvan "əhali" ölçü qovşağından təbii qazla təmin edilən diametri 315 mm PE orta təzyiqli yeraltı qaz xəttində kipliyin sınağı aparılacaq.

Bu məqsədlə iyunun 27-də saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Şirvan şəhərinin Bağçılıq massivi, Məcburi köçkünlər qəsəbəsi, M.Rəsulzadə, 28 may, F.Xoyski, Ç.Mustafayev, Ş.İ.Xətai, M.Müşviq, Şəhriyar, N.Tusi, Ə.Kürçaylı, Bülbül, Ü.Hacıbəyov, Heyranxanım, S.Bəhlulzadə küçələrində, eyni zamanda 8 qeyri-yaşayış sahəsində (ümumi 2 508 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Paylaş: