“Bilimdən Zəfərə” layihəsi 90-dan çox şəhid övladını əhatə edib
Gəncə şəhərində “YAŞAT” Fondunun, “ASAN xidmət”in, “İnnovasiyalar Mərkəzi”nin, “Bilim Bakı” Mərkəzinin birgə təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyəti, Göygöl Rayon İcra Hakimiyyəti, “ASAN Könüllüləri” Təşkilatının dəstəyi və “Ziraat Bank Azərbaycan” ASC-nin sponsorluğu ilə “Bilimdən Zəfərə” layihəsi həyata keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, layihə Gəncə şəhəri, Göygöl, Daşkəsən və Samux rayonlarından olan 6-14 yaşlı 90-dan çox şəhid övladını əhatə edib.
İştirakçılara riyaziyyat, dizayn, təbiət elmləri, texnologiya, astronomiya sahəsində müxtəlif təlimlər, ustad dərsləri keçirilib, proseslərin vizual izahı üçün müşahidələr və təcrübələr aparılıb. Həmçinin maarifləndirici, intellektual oyunlar reallaşdırılıb, “Bilim şou” nümayiş etdirilib.
Məqsəd uşaqların elmə, innovasiyaya və texnologiyaya marağını artırmaq, elmi hadisələrin təcrübədə necə işlədiyini müşahidə etmələrinə imkan yaratmaqdır. Eləcə də onların istirahət günlərinin səmərəli təşkili və dostluq əlaqələrinin möhkəmləndirilməsi əsas hədəflərdəndir.
Sonda layihə iştirakçılarına sertifikat və hədiyyələr təqdim olunub.
“YAŞAT” Fondu tərəfindən mütəmadi olaraq maarifləndirici layihələrin icrası reallaşdırılır.
Layihənin media dəstəyi “ASAN TV” və “ASAN Radio”dur.
FHN-in strukturlarında 28 may –...
Şair Muxtar Qasımzadənin poeziya...
Sabah paytaxtda havanın temperaturu 30...
May ayının müavinət, təqaüd və ünvanlı...
Ümumdünya Halal Standartları Günü ilə...