ABŞ-nin Etnik Anlaşma Fondunun prezidenti Ravvin Mark Şnayerdən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
28 May - Müstəqillik Günü münasibətilə Sizə və sevimli Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan şərəf və məmnunluq duyuram.
Azərbaycanı regional liderə və mühüm qlobal rolunun getdikcə artdığı bir dövlətə çevirən uzaqgörən liderliyinizi, müdrikliyinizi və güclü prinsiplərinizi alqışlayıram. Azərbaycanın sülh şəraitində birgəyaşayış modeli dünyada uğur qazanıb. Ölkənizin əsrlər boyu dinlərarası və mədəni harmoniya baxımından əldə etdiyi nailiyyətlər müasir dünyamız üçün ruhlandırıcıdır.
Bu əlamətdar günü qeyd edərkən əmin olun ki, mən bir dost kimi müsəlman-yəhudi münasibətlərinin möhkəmləndirilməsi üçün uzun illər davam edən tərəfdaşlığımıza çox böyük önəm verirəm.
Ölkənizə etdiyim çoxsaylı səfərlər məndə Azərbaycan xalqının qonaqpərvərliyi və səxavəti ilə bağlı olduqca xoş xatirələr yaradıb.
Bu bayram münasibətilə Sizə və bütün dünya azərbaycanlılarına xoşbəxtlik, firavanlıq, əmin-amanlıq arzulayıram.
Cənab Prezident, Sizə ən yüksək ehtiramımı bildirirəm.
Ravvin Mark Şnayer
ABŞ-nin Etnik Anlaşma Fondunun prezidenti
Birləşmiş Millətlər Təşkilatının Baş...
Cənubi Afrika Respublikasının Prezidenti...
Amerika Birləşmiş Ştatlarının Prezidenti...
Moldova Respublikasının Prezidenti Maya...
Misir-Azərbaycan Dostluq Cəmiyyəti İdarə...