29 may 2025, cümə axşamı Bakı, 20°C
IMG-LOGO

Azərbaycan gimnastları Rusiyda iki medal qazanıblar

26-05-2025
IMG

Azərbaycan idmançıları Rusiyanın Krasnodar şəhərində batut gimnastikası üzrə keçirilmiş beynəlxalq turnirdə uğurla çıxış ediblər.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, təmsilçilərimiz yarışda iki medal qazanıblar. Yeniyetmələr yaş kateqoriyasında mübarizə aparan Ömər Qasımlı və Fərhad Mustafayev sinxron proqramda 42.850 xalla gümüş medalın sahibi olublar.

Böyüklər yaş kateqoriyasında çıxış edən Selcan Mahsudova və Maqsud Mahsudov isə sinxron proqramda 49.300 xal toplayaraq bürünc medala layiq görülüblər.

Paylaş: