29 may 2025, cümə axşamı Bakı, 19°C
IMG-LOGO

Bakı, Sumqayıt və Abşeronda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

26-05-2025
IMG

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun inzibati ərazilərində yaşıllıqların qanunsuz məhv edilməsi faktları aşkar olunub.

Xidmətdən verilən məlumata görə, araşdırma zamanı Bakı şəhəri Xətai rayonu Sabit Orucov, Natiq Əliyev və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində “Avant Group” MTK-ya məxsus ərazidə, Sumqayıt şəhəri Sumqayıt - Novxanı yolunun kənarında “Amore” ictimai-iaşə obyektinin ərazisində, Abşeron rayonu, Ekoloji nəzarət postunun yaxınlığında “Qar-Daş Company” MMC-yə məxsus ərazidə və Abşeron rayonu Masazır qəsəbəsi “Qurtuluş“ yaşayış kompleksinə yaxın ərazidə ağacların kəsilməsi ilə bağlı təbiətə 117 min 300 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Paylaş: