Hesablama Palatası: Dövlətin pay sahibi olduğu müəssisələrdən büdcəyə daxil olan dividendin artırılması resursları mövcuddur
Ötən il dövlətin pay sahibi olduğu müəssisələrdən büdcəyə daxil olan dividend məbləği 577,8 milyon manat təşkil edib. Bu rəqəm proqnozla müqayisədə 19,5 milyon manat və ya 3,5 faiz artıqdır.
Fhnews.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və həmin ilin büdcə icrasına dair illik hesabatına verdiyi rəydə öz əksini tapıb.
Ən iri dividend ödənişləri Azərbaycan Beynəlxalq Bankı (169,4 milyon manat), Dövlət Neft Şirkəti (ARDNŞ) (407,9 milyon manat) və “Aqrarkredit” QSC (0,5 milyon manat) tərəfindən həyata keçirilib.
Bununla belə, Hesablama Palatası bəzi çatışmazlıqlara da diqqət çəkib. Belə ki, 2023-cü maliyyə ilində mənfəət əldə etmiş “Azər-Türk Bank” 2024-cü ildə dividend ödənişi etməyib.
Bundan əlavə, ARDNŞ tərəfindən ödənilən dividendlərin uçotunda da düzgünlük təmin olunmayıb.
Palatanın rəyi ondan ibarətdir ki, dividend gəlirlərinin artırılması üçün əlavə resurslar mövcuddur və bu sahədə mövcud potensialdan tam istifadə edilməyib. Bu da büdcəyə daxilolmaların artırılması üçün gələcəkdə təkmilləşdirilməli olan bir istiqamət kimi qiymətləndirilir.
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı...
Məhkumluq haqqında arayışın İKZF-yə...
Hesablama Palatası: Dövlətin pay sahibi...
Azərbaycanın beynəlxalq maliyyə...
Pakistanla iqtisadi əməkdaşlıq...