29 may 2025, cümə axşamı Bakı, 19°C
IMG-LOGO

NİİM sürücüləri sükan arxasında diqqətli olmağa çağırıb

26-05-2025
IMG

Qeydə alınan yol-nəqliyyat hadisələrinin səbəblərindən biri də bəzi sürücülərin nəqliyyat vasitəsini idarə edərkən sükan arxasında diqqəti yayındıracaq hərəkətlərə yol vermələridir.

Fhnews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, bu məsələdə əsas məqamlar hərəkət zamanı sürücülərin sükan arxasında mobil telefondan istifadə etmələri, telefonla danışmaları, telefonda sosial şəbəkələrə baxmaqları və sərnişinlərlə diqqəti yayındıracaq söhbətlər etmələri ilə bağlıdır.

“Müşahidələr onu deməyə əsas verir ki, diqqətin bir saniyə belə yayınması qəzaların baş verməsinə səbəb olur. Belə sürücülər bilməlidirlər ki, tək özləri və sərnişinləri deyil, digər yol hərəkəti iştirakçılarına qarşı da məsuliyyətli və diqqətli olmalıdırlar”,- deyə məlumatda qeyd edilib.

Paylaş: