Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Sizə bütün qəlbimlə ölkənizin daha da sürətlə inkişaf etməsini və firavanlaşmasını, həmçinin rəhbərliyinizlə xalqınızın xeyirxah məqsəd və istəklərinə nail olmasını arzulayıram.
Qətiyyətlə inanıram ki, Qazaxıstan və Azərbaycan arasında yaradılmış möhkəm dostluq və əməkdaşlıq bundan sonra da xalqlarımızın rifahı naminə səmərəli şəkildə möhkəmlənəcək və inkişaf edəcəkdir. Ümidvaram ki, aramızda yaranmış qarşılıqlı hörmət hələ uzun illər davam edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və böyük uğurlar, qardaş Azərbaycan xalqına sülh və xoşbəxtlik diləyirəm.
Səmimi arzularla,
Nursultan Nazarbayev
Qazaxıstan Respublikasının birinci Prezidenti
Birləşmiş Millətlər Təşkilatının Baş...
Cənubi Afrika Respublikasının Prezidenti...
Amerika Birləşmiş Ştatlarının Prezidenti...
Moldova Respublikasının Prezidenti Maya...
Misir-Azərbaycan Dostluq Cəmiyyəti İdarə...