29 may 2025, cümə axşamı Bakı, 20°C
IMG-LOGO

Britaniya evdən işləməyə görə Avropada birinci yerdədir

27-05-2025
IMG

Böyük Britaniya Avropada ən çox evdən işləyən işçilərə malik ölkə adlandırılıb.

Fhnews.az “Telegraph”a istinadla xəbər verir ki, King’s College London tərəfindən aparılan yeni araşdırmaya əsasən, britaniyalı işçilər həftədə orta hesabla 1,8 gün evdən işləyir. Bu da qitədəki bütün digər ölkələrdən daha yüksək göstəricidir.

Araşdırmada qeyd olunur ki, Britaniya bu göstərici ilə 40 ölkə arasında yalnız Kanadadan (1,9 gün) geri qalır. Qlobal orta göstərici 1,3 gün olduğu halda, Cənubi Koreyada bu rəqəm yarım gün, Yunanıstan və Çində isə 0,6 gün təşkil edir. Fransada orta göstərici 1 gün, Almaniya və ABŞ-da 1,6 gün, Avstraliyada isə 1,2 gündür.

Tədqiqatın müəlliflərindən Cevat Aksoy bildirib ki, COVID-19 pandemiyası dövründə yaranan evdən işləmə vərdişi hazırda Britaniya əmək bazarının fərqləndirici xüsusiyyətinə çevrilib:

“Bu, sadəcə pandemiyadan sonrakı keçici bir hal deyil. Britaniyalı işçilər artıq əvvəlki iş rejiminə qayıtmaq istəmədiklərini açıq şəkildə göstərirlər”,- deyə o, qeyd edib.

Mütəxəssislər bildirirlər ki, bu tendensiya ölkə üzrə məhsuldarlığa mənfi təsir edə bilər. Bir çox işəgötürənlər uzaqdan işləmənin uzunmüddətli nəticələri ilə bağlı narahatlıqlarını qeyd ediblər.

Paylaş: