Azərbaycan avarçəkəni Slovakiyada daha bir qızıl medal qazanıb
Azərbaycan avarçəkəni Tatyana Smilovenko Slovakiyada yeniyetmə və gənclər arasında kayak, kanoe üzrə keçirilən 38-ci beynəlxalq “Bratislava Reqatası” turnirində daha bir qızıl medal qazanıb.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından verilən məlumata görə, o, 20-dən çox ölkənin mübarizə apardığı turnirdə 500 metr məsafədə bütün rəqiblərini geridə qoyub.
İdmançı ötən gün birnəfərlik kanoe qayığında 200 metr məsafəyə yürüşdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Xatırladaq ki, yarışların ilk günündə kayak qayığında 200 metr məsafədə mübarizə aparan Əlimurad Hacızadə ikinci yer tutub.
Azərbaycan 2026-cı ildə xizək alpinizmi...
FHN-in karate komandasının üzvləri...
Azərbaycanın çimərlik güləşçiləri Avropa...
Azərbaycan cüdo yığmasının dünya...
Azərbaycanda keçiriləcək III MDB...