29 may 2025, cümə axşamı Bakı, 20°C
IMG-LOGO

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovadan

26-05-2025

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Sizi və Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ölkənizin suverenliyi və rifahı naminə gördüyünüz böyük işlərə görə ən dərin ehtiramımı bildirirəm.

Uzaqgörən və müdrik siyasətiniz nəticəsində Azərbaycan son illərdə əhəmiyyətli inkişaf yolu keçmiş, siyasi sabitlik, iqtisadi tərəqqi və beynəlxalq nüfuz baxımından mühüm nailiyyətlərə imza atmışdır. Xüsusilə, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər Azərbaycanın gücünü, eləcə də xalqınızın birliyini və iradəsini bütün dünyaya nümayiş etdirmişdir. Bu il həmin şanlı Qələbənin beşinci ildönümünün qeyd olunması Azərbaycanın müasir tarixinin parlaq səhifəsidir.

Sizin təşəbbüsünüzlə yaradılan Türk Mədəniyyəti və İrsi Fondu Türk dünyasının mədəni irsinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi baxımından misilsiz platformaya çevrilmişdir. Təşkilatımız Zati-alinizin diqqət və qayğısını hər zaman hiss edir, bunu ortaq mədəni irsimizin inkişaf etdirilməsi yolunda göstərilən səylərə verilən mühüm dəstək kimi dəyərləndirir.

Sizi bir daha bu əlamətdar gün münasibətilə təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, Azərbaycanın inkişafı naminə ali dövləti fəaliyyətinizdə davamlı uğurlar, doğma Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram.

Dərin hörmətlə,

Aktotı Raimkulova

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti

Paylaş: