29 may 2025, cümə axşamı Bakı, 19°C
IMG-LOGO

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru Qriqori Trubnikovdan

27-05-2025

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktorluğunun və beynəlxalq kollektivinin adından Sizi Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

Sözsüz ki, dövlətin inkişafında ən mühüm amillərdən biri elm və texnikanın tərəqqisidir. Hazırda, əsasən, ölkə rəhbərliyinin yorulmaz fəaliyyəti sayəsində Azərbaycanda elmi-texniki potensialın artırılması üçün geniş imkanlar və perspektivlər yaradılır.

Azərbaycan Respublikasının Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna üzv olduğu illər ərzində fundamental və tətbiqi elmlər sahəsində birgə tədqiqatlar üzrə zəngin təcrübə toplanıb, dostluq, etimad və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan səmərəli əməkdaşlığımızın inkişafı və daha da möhkəmləndirilməsi üçün etibarlı zəmin yaradılıb.

Əminəm ki, Azərbaycanın elmi-tədris mərkəzləri ilə Birləşmiş Nüvə Tədqiqatları İnstitutu arasında zamanın sınağından çıxmış əlaqələr elmi əməkdaşlığımızın davamlı şəkildə genişlənməsinə, o cümlədən ölkəniz və institutumuzun bütün üzv dövlətləri üçün qarşılıqlı maraq doğuran praktiki məqsədlərin həyata keçirilməsinə töhfə verəcək.

Möhtərəm cənab Prezident, Sizə möhkəm cansağlığı və yeni-yeni uğurlar, Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.

Dərin və səmimi ehtiramla Sizin,

Qriqori Trubnikov

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru,

Rusiya Elmlər Akademiyasının akademiki

Paylaş: