Təhsildə Estoniya modeli
Təhsildə Avropada birinci olmaq üçün “Piza” proqramında Finlandiyanı geridə qoyan Estoniyada sinifdə telefondan istifadəyə təşviq edilir. Bundan əlavə, tələbələr sentyabr ayından etibarən öz AI hesablarına sahib olacaqlar.
1,4 milyonluq kiçik Baltikyanı ölkə yaxın qonşusu Finlandiyanı geridə qoyaraq, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının beynəlxalq tələbə qiymətləndirmə proqramında (Piza) Avropanın ən yaxşı nəticə göstərən ölkəsi olub.
2022-ci ildə keçirilən və nəticələri bir il sonra dərc edilən sonuncu “Piza” raundunda Estoniya riyaziyyat, elm və yaradıcı təfəkkür üzrə Avropada birinci, oxuma üzrə İrlandiyadan sonra ikinci olub.
Əvvəllər Sovet İttifaqının bir hissəsi olan Estoniya indi daha çox əhalisi və daha böyük büdcəsi olan ölkələri üstələyir.
“The Guardian” qəzetinin yazdığına görə, Estoniyanın uğurunun bir çox səbəbi var, lakin onun rəqəmsal hər şeyi qəbul etməsi digərlərindən fərqləndirir.
Böyük Britaniya və bəzi digər ölkələr məktəbdə telefondan istifadəni konsentrasiyaya və psixi sağlamlığa zərər verdiyinə görə məhdudlaşdırsa da, Estoniyada müəllimlər tələbələri telefonlarından öyrənmə vasitəsi kimi istifadə etməyə fəal şəkildə təşviq edirlər.
İndi Estoniya AI Leap adlı milli təşəbbüsə başlayır ki, bu təşəbbüs tələbələr və müəllimləri dünya səviyyəli süni intellekt alətləri və bacarıqları ilə təchiz edəcək.
“OpenAI” ilə lisenziya danışıqları aparılır ki, bu da Estoniyanı məktəblərdə süni intellekt üçün sınaq meydançasına çevirəcək. Məqsəd 2027-ci ilə qədər 58 000 tələbə və 5 000 müəllim üçün yüksək səviyyəli AI öyrənmə alətlərinə pulsuz girişi təmin etməkdir.
Müəllimlər texnologiya üzrə təlim keçəcək, öz-özünə öyrənmə və rəqəmsal etikaya diqqət yetirəcək, təhsildə bərabərlik və süni intellekt savadlılığına üstünlük verəcək. Rəsmilər deyirlər ki, bu, Estoniyanı süni intellektdən ən ağıllı istifadə edən ölkələrdən birinə çevrirəcək.
"Mən bilirəm ki, əksər Avropa ölkələri ekranlara, mobil telefonlara və texnologiyaya şübhə ilə yanaşır və ehtiyatlıdır. Estoniyada ümumilikdə cəmiyyət rəqəmsal alətlər və xidmətlərdən istifadəyə daha açıq və meyllidir. Müəllimlər də fərqli deyil, - deyə Estoniyanın təhsil və tədqiqat naziri Kristina Kallas bu həftə Təhsil Dünya Forumu üçün Londona səfəri zamanı deyib.
Kallas bildirib ki, Estoniyada məktəblərdə cib telefonlarına qadağa yoxdur. Əksinə, smartfon Estoniyanın yüksək uğurlu rəqəmsal təhsil siyasətinin bir hissəsi kimi qiymətləndirilir.
Kallas oktyabrda keçiriləcək yerli seçkilərə işarə edərək əlavə edib ki, 16 yaşlı yeniyetmələr mobil telefonları vasitəsilə onlayn səs verə bilərlər. “Ona görə də biz istəyirik ki, onlar mobil telefonlarından vətəndaşlıq borcunu yerinə yetirmək, seçkidə iştirak etmək, məlumat almaq və siyasi platformaları təhlil etmək üçün istifadə etsinlər"-deyə nazir bildirib.
İstanbul Hava Limanının 4-cü uçuş-enmə...
ABŞ-da fırtına ciddi problemlər yaradıb...
Çində Dragon Boat Festivalı...
Ümumdünya Meteorologiya Təşkilatı: Yaxın...
Las Vegasda dünyanın ən böyük LED kürəsi...