Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır
2024-2025-ci tədris ilinin ikinci yarısının yekunlaşması ilə əlaqədar olaraq, 30 may saat 17:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi sistemi vasitəsilə valideynlər tərəfindən yeni sorğuların verilməsi prosesi müvəqqəti dayandırılacaq.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, valideynlər mayın 30-dək təsdiqlənmiş sorğular üzrə tələb olunan müvafiq sənədləri ümumi təhsil müəssisələrinə təqdim etməlidirlər. Göstərilən tarixədək tamamlanmayan sorğular və növbələr sistem tərəfindən avtomatik ləğv ediləcək.
Növbəti tədris ili üçün şagirdlərin yerdəyişməsi üzrə elektron xidmətin aktivləşdiriləcəyi tarix barədə ictimaiyyətə məlumat veriləcək.
Paytaxt məktəblərinə işə qəbul...
Xüsusi hazırlıq keçmiş taksi sürücüləri...
AMEA-nın Naxçıvan Bölməsi Müstəqillik...
XVIII Beynəlxalq Astronomiya və...
Mərkəzləşdirilmiş imtahanla həyata...