“Lufthansa” Təl-Əvivə uçuşlarda fasiləni iyunun 15-dək uzadıb
Almaniyanın “Lufthansa” aviaşirkəti İsraildə vəziyyətin pisləşməsi fonunda Təl-Əvivə uçuşları iyunun 15-dək bərpa etməmək qərarına gəlib.
Fhnews.az “The Times of Israel” nəşrinə istinadla xəbər verir ki, “Ben Qurion” hava limanına uçuşların dayandırılması qrupun “SWISS”, “Austrian Airlines”, “Brussels Airlines” və “Eurowings” kimi törəmə aviaşirkətləri tərəfindən də uzadılacaq.
Daha əvvəl “Lufthansa” Təl-Əvivə uçuşları iyunun 8-dək dayandırdığını açıqlamışdı.
Mayın 4-də Yəmənin husi üsyançıları tərəfindən atılan raket Təl-Əvivin “Ben Qurion” hava limanında partlamış və üç nəfər yaralanmışdı. Bir saatlıq fasilədən sonra hava limanı təyyarələrin qəbulunu və göndərilməsini bərpa etmişdi.
İstanbul Hava Limanının 4-cü uçuş-enmə...
ABŞ-da fırtına ciddi problemlər yaradıb...
Çində Dragon Boat Festivalı...
Ümumdünya Meteorologiya Təşkilatı: Yaxın...
Las Vegasda dünyanın ən böyük LED kürəsi...