29 may 2025, cümə axşamı Bakı, 19°C
IMG-LOGO

Azərbaycanın çimərlik güləşçiləri Avropa çempionatında çıxış edəcəklər

27-05-2025
IMG

Mayın 28-də Xorvatiyanın Poreç şəhərində çimərlik güləşi üzrə yeniyetmə (U15, U17) və gənclər (U20) arasında Avropa çempionatına start veriləcək.

Azərbaycan Güləş Federasiyasından bildirilib ki, iki gün davam edəcək yarışın ilk günündə yeniyetmələr, ikinci günündə isə gənclər arasında qaliblər müəyyənləşəcək.

Qitə birinciliyində ölkəmiz U17 yaş qrupunda təmsil olunacaq. Baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Ayxan Quliyev, Rəşid Nazarov (hər ikisi 60 kiloqram), Ruslan Vəliyev (70 kiloqram) və Nihad Süleymanlı (80 kiloqram) uğur qazanmağa çalışacaq.

Laquna çimərliyində keçiriləcək yarış Bakı vaxtı ilə 12:00-da başlayacaq. Gündüz seansında qrup mərhələsinin görüşləri keçiriləcək, 19:00-dan etibarən isə medallar uğrunda qarşılaşmalar baş tutacaq.

Avropa çempionatında I-S dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyacaq.

Paylaş: