Misir-Azərbaycan Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvlərindən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
28 May - Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırmaqdan, Sizə möhkəm cansağlığı arzulamaqdan böyük məmnunluq duyuruq. Doğma Azərbaycan Respublikasına və onun xalqına Allah-Taaladan daha böyük tərəqqi və firavanlıq diləyirik.
Misir-Azərbaycan Dostluq Cəmiyyəti Misir və Azərbaycan xalqları arasında müxtəlif sahələrdə əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi üçün maksimum səy göstərir.
Qoy doğma Azərbaycan Respublikası Sizin müdrik və uzaqgörən rəhbərliyinizlə daim inkişaf etsin və daha da firavanlaşsın!
Cənab Prezident, ən xoş arzularımızı və yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirik.
Dərin hörmətlə,
Misir-Azərbaycan Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvləri:
Liviya Dövləti Prezident Şurasının Sədri...
Somali Federativ Respublikasının...
San-Marino Respublikasının...
Finlandiya Respublikasının Prezidenti...
Qırğız Respublikasının Prezidenti Sadır...