“Vergilər” mövzusunda ümumrespublika olimpiadasının seçim turuna start verilib
Müasir vergi orqanlarının yaradılmasının 25 illiyi münasibətilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ali təhsil müəssisələrinin tələbələri arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadasının seçim turuna start verilib.
Dövlət Vergi Xidmətindən verilən məlumata görə, seçim mərhələsində Bakı şəhəri, regionlar və Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkənin 25 ali təhsil müəssisəsini təmsil edən ümumilikdə 382 tələbə iştirak edib.
Olimpiada iştirakçıları Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi tərəfindən vergi sistemi və vergi qanunvericiliyinə dair tərtib edilmiş müxtəlif çətinlik dərəcəli test sualları əsasında biliklərini nümayiş etdiriblər. Seçim turunun nəticələrinə əsasən, yüksək nəticə göstərən tələbələr olimpiadanın final mərhələsinə vəsiqə qazanıblar.
Final mərhələsi cari ilin iyun ayında Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində keçiriləcək.
Beynəlxalq konfransın iştirakçıları 1...
Tərtər rayonunun sakini minaya düşüb...
Ali Məclisin yaz sessiyası başa çatıb...
İyunda hava necə olacaq?...
“Ədliyyə könüllüləri” proqramının yeni...