Maliyyə Nazirliyində ACCA nümayəndələri ilə görüş keçirilib
Azərbaycan Respublikası Maliyyə Nazirliyində İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (ACCA) nümayəndələri ilə görüş keçirilib.
Nazirlikdən bildirilib ki, görüş zamanı mühasib peşəsinin inkişaf etdirilməsi, mühasibat uçotu sahəsində mütəxəssislərin bacarıqlarının artırılması, ACCA-nın İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə Sertifikatının tanınması, sertifikatlaşdırma üzrə təlim proqramlarının birgə hazırlanması, maliyyə monitorinqinin aparılması və auditorlar üçün imtahanların təşkili, habelə bu mütəxəssislərin müvafiq orqanlara cəlb olunması mövzuları ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, Maliyyə Nazirliyinin Maliyyə Elm-Tədris Mərkəzi (METM) ilə ACCA arasında əməkdaşlıq çərçivəsində 2024-cü ildə Gümüş partnyorluq əldə edilib.
Nazir: Almaniyalı qonaqla Orta Dəhlizin...
Ötən il MDM-ın inkişaf strategiyasının...
SOCAR ilə İran şirkətləri arasında...
Horadiz-Ağbənd dəmir yolu xəttində isə...
“Azərbaycan və Almaniya şirkətləri...