FHN-in Şimal Regional Mərkəzində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib
Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Heydər Əliyev və Milli Dövlətçilik Təfəkkürü" mövzusunda tədbir keçirilib.
Əvvəlcə, tədbir iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra Mərkəzin akt zalında davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və xalqımızın müstəqiliyi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Şimal Regional Mərkəzinin rəisi polkovnik Fuad İlyasov dövlət quruculuğuna misilsiz töhfələr vermiş Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, onun hələ sovetlər dövründə Azərbaycanda müstəqillik ideyalarının təşəkkül tapmasında müstəsna xidmətlərindən söz açıb. Ümummilli Liderin Azərbaycanın müstəqilliyinin qazanılmasında, qorunub saxlanılmasında göstərdiyi misilsiz xidmətlərindən bəhs edib. Məhz Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış və demokratik dəyərləri özündə ehtiva edən müstəqil Azərbaycanın Konstitusiyası bu gün ərazi bütövlüyü tam bərpa edilmiş ölkəmizin bütün bölgələrində tətbqi edilir.
Daha sonra tədbirdə çıxış edən Xaçmaz Rayon Ağsaqqallar Şurasının sədri Məhərrəm Abasov Dahi Rəhbərin zəngin dövlətçilik təcrübəsi, qətiyyətli əzmi sayəsində bu gün Azərbaycanın beynəlxalq miqyasda inkişaf etmiş dövlətlər səviyyəsinə yüksəldiyini qeyd edib. Ümummilli Liderin mütərəqqi siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Tədbirdə edilən digər çıxışlarda Ulu Öndərin Azərbaycanın tərəqqi və inkişaf yolunu müdrik uzaqgörənliklə müəyyənləşdirdiyi, müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırlaraq onu davamlı inkişaf yoluna çıxardığı vurğulanıb, müasir ordu quruculuğu, o cümlədən milli zabit kadrlarının hazırlanması üçün tarixi işlər gördüyü qeyd olunub.
Şuşada beynəlxalq uşaq yaradıcılıq...
Vəkillər Kollegiyasının rəhbərliyi...
Tbilisidə Mir Cəlal Paşayevin gürcü...
Bu Nuhun gəmisi, yoxsa sadəcə böyük bir...
Növbəti köç karvanı Bəylik kəndinə çatıb...