31 may 2025, şənbə Bakı, 27°C
IMG-LOGO

2025-ci ildə ölkələr üzrə gözlənilən ömür uzunluğu - İnfoqrafika
 

29-05-2025
IMG

BMT-nin “Dünya əhalisinin perspektivləri” adlı hesabatına əsasən dünyanın ən yüksək orta ömür uzunluğu Monakoda qeydə alınıb. Bu il həmin ölkədə doğulan bir uşaq orta hesabla 87 il yaşaya bilər.

Fhnews.az BMT-nin məlumatına istinadla xəbər verir ki, gözlənilən ömür uzunluğu bütün yaş qruplarında ölüm səviyyələrinin cari ildəki kimi qalacağı təqdirdə, bir insanın ortalama neçə il yaşayacağının proqnozlaşdırılmış göstəricisidir.

Ən uzun ömür gözlənilən ilk on ölkə və ərazilər bunlardır: San-Marino – 86 il, Honqkonq, Yaponiya, Cənubi Koreya, Sen-Bartelemi – 85 il, Andorra, Fransız Polineziyası, İsveçrə, Avstraliya – 84 il.

Regional baxımdan ən yüksək ömür uzunluğu Qərbi Avropa ölkələrində qeydə alınır. Şərqi Avropa ölkələrində isə bu göstərici bir qədər aşağıdır.

Azərbaycanda bu il doğulan bir uşağın orta hesabla 80 il yaşaması proqnozlaşdırılır.

Digər tərəfdən, bir sıra Afrika ölkələrində bu göstərici 60 ildən aşağıdır. Ən aşağı orta ömür uzunluğu isə Nigeriyada müşahidə olunur – cəmi 55 il.

Paylaş: