İlahiyyat İnstitutunun nümayəndə heyəti Türkiyənin bir sıra universitetlərində görüşlər keçirib
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) nümayəndə heyəti Türkiyə Respublikasının ali təhsil müəssisələri ilə görüşlər keçirmək məqsədilə səfərdə olub.
İnstitutdan bildirilib ki, səfər çərçivəsində Türkiyənin İstanbul şəhərində Mərmərə Universiteti, 29 Mayıs Universiteti, İzmir şəhərində İzmir Katib Çələbi Universitetində görüşlər keçirilib.
Görüşlər zamanı təhsil və elm sahəsində qarşılıqlı və uzunmüddətli əməkdaşlıq, tədris prosesindəki təcrübələr ilə əyani şəkildə tanış olmaq və bu sahə üzrə mövcud yeniliklərin öyrənilməsi, elmi əlaqələrin qurulması və möhkəmləndirilməsi haqqında geniş fikir mübadiləsi aparılıb. Həmçinin tədris metodu üzrə elmi məlumatların qarşılıqlı ötürülməsi, təcrübə və araşdırma, tədris prosesinin təşkili ilə bağlı biliklərin bölüşdürülməsi, elmi-tədqiqat proqramlarının, layihələrin birgə təşkili, tələbə mübadiləsi və digər məsələlər müzakirə olunub.
“Yüksəliş” müsabiqəsinin əyani...
Azərbaycanda uşaqların təhsili: gələcəyə...
Bu gün I və IV ixtisas qrupları üzrə...
BSU tərəfindən özbək dilinə tərcümə...
ADA Universitetində VII İngilis Dili...