Maliyyə Nazirliyinin nümayəndə heyəti PEMPAL çərçivəsində keçirilən tədbirdə iştirak edib
Tbilisidə Dünya Bankının “Dünya maliyyəsinin idarə edilməsi üzrə təcrübə mübadiləsi proqramı”nın (PEMPAL) dövlət büdcəsinin icrasına dair təcrübə mübadiləsi təşkil edilib.
Maliyyə Nazirliyindən bildirilib ki, üzv ölkələrin maliyyə nazirlərinin müavinləri, xəzinədarlıq rəhbərlərinin, PEMPAL katibliyinin təmsilçilərinin və ekspertlərin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin direktoru və PEMPAL şəbəkəsinin Xəzinədarlıq Cəmiyyətinin İdarə Heyətinin sədri Nazim Qasımzadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Tədbirdə N.Qasımzadə PEMPAL ölkələrində həyata keçirilən islahatlara dair məruzəsini təqdim edib, maliyyə sahəsində Azərbaycanda aparılan islahatlar, həmçinin keçirilən hərraclar, xəzinədarlığın elektron təşkili, xəzinə informasiya sisteminin müasirləşdirilməsi və digər məsələlər haqqında ətraflı məlumat verib.
PEMPAL proqramı 2005-ci ildə Dünya Bankı tərəfindən təsis edilib, hökumət xərclərinin idarə edilməsi üzrə dövlət fiskal orqanlarının şəbəkəsidir və özündə Mərkəzi Asiya, Mərkəzi və Şərqi Avropanın 21 ölkəsini birləşdirir. Proqramının məqsədi dövlət maliyyə idarəetməsi üzrə bilik və təcrübə mübadiləsi vasitəsilə maliyyə qurumlarının əməkdaşlarının ixtisasını artırmaqdır. PEMPAL proqramına üzv olan ölkələrin nümayəndələri, beynəlxalq ekspertlər mütəmadi olaraq əldə etdikləri müsbət təcrübəni bölüşür, fikir mübadiləsi aparırlar.
Azərbaycan nümayəndə heyəti Çində...
Nazir: Almaniyalı qonaqla Orta Dəhlizin...
Ötən il MDM-ın inkişaf strategiyasının...
SOCAR ilə İran şirkətləri arasında...
Horadiz-Ağbənd dəmir yolu xəttində isə...