1 iyun 2025, bazar Bakı, 27°C
IMG-LOGO

Paytaxtda 23 minə yaxın uşaq məktəbəhazırlıq qruplarını başa vurur

30-05-2025
IMG

Paytaxtdakı ümumi təhsil məktəblərində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında məşğələlər başa çatır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, 2024-2025-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 287 ümumi təhsil müəssisəsi üzrə 1048 məktəbəhazırlıq qrupunda 22 min 781 uşaq məşğələyə cəlb olunub.

Məktəbhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.

Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri keçirilir.

Qeyd edək ki, dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında tədris ili iki yarımilə bölünür və məşğələlər 1 oktyabr - 31 may dövrünü əhatə edir.

Paylaş: