Fransada ictimai yerlərdə siqaret çəkmək qadağan ediləcək
Fransa uşaqların sağlamlıqlarını qorumaq üçün ictimai yerlərdə siqaret çəkməyi qadağan etməyə hazırlaşır. Fransanın Ailə və Səhiyyə Nazirliyi açıqlayıb ki, uşaqların ola biləcəyi bütün açıq yerlərdə siqaret çəkmək qadağan ediləcək.
Yeni qadağalar iyulun 1-dən qüvvəyə minəcək.Fransa əmək, səhiyyə və həmrəylik naziri Ketrin Votrinin sözlərinə görə, qadağalar çimərliklər, parklar, məktəb əraziləri, avtobus dayanacaqları və idman meydançaları da daxil olmaqla, uşaqların ola biləcəyi bütün əraziləri əhatə edir. Nazir Vautrin qaydalara əməl etməyənlərin 135 avroya qədər cərimə ödəyəcəyini, Fransada kafe terraslarında qadağanın tətbiq edilməyəcəyini və elektron siqaretdən istifadənin qadağa çərçivəsində olmadığını bildirib.
Xatırladaq ki, Fransa və Böyük Britaniya da keçən il oxşar siqaret qadağası elan etmişdilər. İspaniyanın bəzi bölgələrində çimərliklərdə siqaret çəkmək də qadağan edilib. 2019-cu ildən İsveçdə restoran terraslarında, avtobus və qatar vağzallarında siqaret çəkmək qadağan edilib.
Rusiyanın Bryansk vilayətində körpünün...
Yeni Zelandiyanın akvatoriyasında güclü...
Alimlər planetin buzlaq örtüyünün...
Nigeriyada avtobus körpüdən çaya aşıb,...
Misir piramidalarının içərisində niyə...