31 may 2025, şənbə Bakı, 27°C
IMG-LOGO

DİN: Ötən gün bank kartlarından 500 manata yaxın vəsait oğurlanıb

29-05-2025
IMG

Mayın 28-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 340, 100 və 36 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

“Bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır. Həmin məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanılmalıdır”, - deyə DİN-in məlumatında xəbərdarlıq edilir.

Paylaş: