1 iyun 2025, bazar Bakı, 29°C
IMG-LOGO

Qana Respublikasının Prezidenti Con Dramani Mahamadan

30-05-2025

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycanın milli bayramı – 28 May – Müstəqillik Günü münasibətilə Qana Respublikasının Hökuməti və xalqı adından Zati-alinizə, Azərbaycan Hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırıram.

Mən ölkələrimiz və xalqlarımız arasında səmimi münasibətlərin inkişafı üçün Zati-alinizlə sıx əməkdaşlığı davam etdirməyə sadiqliyimi bir daha bildirirəm.

Zati-aliləri, Sizə cansağlığı, Azərbaycan xalqına firavanlıq arzulayıram.

Hörmətlə,

Con Dramani Mahama

Qana Respublikasının Prezidenti

Paylaş: