1 iyun 2025, bazar Bakı, 29°C
IMG-LOGO

AQTA: Niderlandda uyğunsuzluq aşkarlanan məhsul partiyaları ölkəmizə idxal olunmayıb

30-05-2025
IMG

Bəzi xəbər saytlarında Niderlandda "Haribo" marmeladlarında uyğunsuzluq aşkarlanması ilə bağlı məlumat paylaşılıb. Bu səbəbdən həmin məhsul partiyasının Niderlandda satışının qadağan edilməsi və geri çağırılması ilə bağlı yayılmış məlumatlar əsasında müvafiq araşdırmalar aparılıb.

Fhnews.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsi məlumat yayıb.

Bildirilib ki, uyğunsuzluq aşkarlanan həmin məhsul partiyaları ölkəmizə idxal olunmayıb və bununla bağlı narahatlığa əsas yoxdur.

Paylaş: