Dörd ayda 577 sayda ölçmə vasitəsinin tipi təsdiqlənib
2025-ci ilin yanvar-aprel ayları ərzində ölçmə vasitəsinin tipinin təsdiqi ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə 1697 müraciət daxil olub, 577 sayda ölçmə vasitəsinin tipi təsdiq olunaraq müvafiq sertifikat verilib.
Dövlət Agentliyindən bildirilib ki, standart nümunələrin və ölçmə vasitələrinin tipinin təsdiqi insan həyat və sağlamlığının qorunması, ətraf mühitin mühafizəsi, o cümlədən cəmiyyət və dövlətin tələbatının ödənilməsi məqsədilə istifadədən əvvəl ölçmə vasitələrinin standartların və digər normativ sənədlərin tələblərinə cavab verməsini təmin edən tənzimləmə prosesidir.
Ölçmə vasitələrinin tipinin təsdiqi ölçmələrin obyektiv, etibarlı və müqayisə edilə bilən nəticələrinin əldə olunmasına xidmət edir.
Nazir: Almaniyalı qonaqla Orta Dəhlizin...
Ötən il MDM-ın inkişaf strategiyasının...
SOCAR ilə İran şirkətləri arasında...
Horadiz-Ağbənd dəmir yolu xəttində isə...
“Azərbaycan və Almaniya şirkətləri...