FHN-in strukturlarında 28 may – Müstəqillik Günü qeyd ounub
Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərində 28 may – Müstəqillik Günü münasibətilə tədbirlər keçirilib.
Tədbirlərdə, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Dahi Rəhbərin əziz xatirəsi ehtiramla yad edilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan toplantılarda Ulu Öndərin və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirlərdə qeyd olunub ki, 28 may 1918-ci il azadlıq və müstəqillik uğrunda şanlı mübarizə tariximizin silinməz və qızıl hərflərlə yazılmış səhifələrindəndir. Bu tarixdə Azərbaycanda müsəlman şərqində ilk dəfə dünyəvi dəyərlərə söykənən, respublika tipli demokratik, müstəqil dövlət elan olunub. Cəmi 23 ay fəaliyyət göstərən ilk milli hökumətimiz Azərbaycan xalqının milli özünüdərk prosesinə əhəmiyyətli töhfələr verib, onun azad yaşamağa layiq millət olduğumuzu bütün dünyaya göstərib.
Tədbirlərdə çıxış edənlər müstəqil və güclü Azərbaycanın qurulmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna və əvəzsiz xidmətlərindən bəhs ediblər. Bildirilib ki, Dahi Rəhbərin misilsiz idarəçilik qabiliyyəti, dərin zəkası, zəngin siyasi təcrübəsi və sonsuz Vətən sevgisi sayəsində yenidən müstəqilliyinə qovuşmuş Azərbaycan ötən əsrin 90-cı illərində məhv olmaq təhlükəsindən qurtularaq beynəlxalq birliyin bərabərhüquqlu üzvünə çevrilib. Ümummilli Liderin mütərəqqi siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə dövlətimiz durmadan güclənir, ölkəmiz ildən-ilə çiçəklənir. Məhz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusu tarixi Zəfərə imza ataraq Ermənistanın işğalı altında olan torpaqlarımızı azad edib, suverenliyimiz tam bərpa olunub.
Tədbirlərdə 28 may – Müstəqillik Günündən bəhs edən sənədli film nümayiş olunub.
Zabrata suyun verilişi dayandırılacaq...
“Vergilər” mövzusunda ümumrespublika...
Laçın Hava limanı istənilən tip hava...
Su hövzələrində təhlükəsizliyin təmin...
Ombudsman Qətər konfransında süni...