FHN-in Şimal Regional Mərkəzi nümunəvi dərs keçirib
Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirib.
Dərsin keçirilməsində məqsəd tələbələrin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, təhsil müəssisələrində baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.
Dərsdə FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları və universitetin tələbələri iştirak ediblər.
Mərkəzin əməkdaşları tərəfindən mülki müdafiənin əsas prinsipləri, fövqəladə hallar və bununla bağlı davranış qaydaları barədə tədbir iştirakçılarına ümumi məlumat verilib, mövzuya aid fotoslaydlar nümayiş etdirilib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
FHN-in strukturlarında 28 may –...
Şair Muxtar Qasımzadənin poeziya...
Sabah paytaxtda havanın temperaturu 30...
May ayının müavinət, təqaüd və ünvanlı...
Ümumdünya Halal Standartları Günü ilə...