Hərbi tibb fakültəsinin yaranmasının 25 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilir
Mayın 26-da Azərbaycan Tibb Universitetində (ATU) Hərbi tibb fakültəsinin (HTF) yaranmasının 25 illik yubileyinə həsr edilmiş "Hərbi təbabətin aktual problemləri-2025" adlı elmi-praktik konfransın açılışı olub.
Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhid həkimlərin büstləri önünə tər gül dəstələri düzülüb.
Elmi-praktik konfrans Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə respublikanın səhiyyə sahəsindən, bütün güc strukturlarının tibb xidmətlərindən nümayəndələr, ATU və HTF-nin professor, müəllim, tələbə və kursantları iştirak ediblər.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli elmi-praktik konfransda çıxış edərək bildirib ki, ATU-nun HTF-si Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində müstəqilliyimizin qorunub saxlanması üçün bütün sahələrdə olduğu kimi, ordu quruculuğuna verdiyi töhfələrdən biridir.
Tədbirdə çıxış edən Milli Müdafiə Universitetinin (MMU) rektoru general-mayor Gündüz Əbdülov qeyd edib ki, universitet qabaqcıl dünya təcrübəsinə və milli hərbi-strateji maraqlara əsaslanaraq, hərbi təhsil sistemində mərkəzləşdirilmiş idarəetməni təmin edir.
Elmi-praktik konfransda çıxış edənlər HTF-nin fəaliyyətinə daim yüksək əhəmiyyət verilməsindən, hərbi tibbi təhsilin bütün formalarının mərkəziləşdirilməsindən danışıblar.
"Hərbi tibb fakültəsinin dünəni, bu günü və sabahı" adlı sənədli film nümayiş etdirildikdən sonra HTF-nin keçmiş rəislərinə və 20 ildən artıq xidmət edən müəllimlərinə plaketlər təqdim olunub.
Tədbirin bədii hissəsində ATU-nun tələbələri vətənpərvərlik mahnıları səsləndiriblər.
Qeyd edək ki, elmi-praktik konfrans mayın 27-də başa çatacaq.
Azərbaycan və Türkiyə müdafiə nazirləri...
Azərbaycanla Pakistan arasında hərbi...
Azərbaycan-Pakistan “11-ci İşçi Qrupu...
Hərbi tibb fakültəsinin yaranmasının 25...
Azərbaycan Ordusunda “Ən yaxşı snayper”...