29 may 2025, cümə axşamı Bakı, 19°C
IMG-LOGO

Avstriyada yük maşını qatarla toqquşub, yaralananlar var
 

27-05-2025
IMG

Avstriyada yük maşını ilə qatarın toqquşması nəticəsində azı dörd nəfər yaralanıb.

Fhnews.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Ştiriya federal əyalətinin Veyz rayonunda mühafizə olunmayan dəmiryol keçidində qeydə alınıb.

Məlumata görə, xəsarət alanlardan biri – yük maşınının sürücüsünün durumu ağırdır. Azı üç sərnişin isə yüngül xəsarət alıb.

Qeyd olunub ki, hadisə nəticəsində yük maşını tamamilə yanıb. Əraziyə 70-dən çox yanğınsöndürən cəlb olunub.

Hadisədən sonra qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: