29 may 2025, cümə axşamı Bakı, 20°C
IMG-LOGO

Apreldə bankların kredit portfeli artıb
 

27-05-2025
IMG

Aprel ayında bankların kredit portfeli 0,8 faiz və ya 219,4 milyon manat artaraq 28 milyard 96,5 milyon manat olub.

Fhnews.az Mərkəzi Banka istinadla xəbər verir ki, kredit portfelinin strukturunda biznes kreditləri – 53,2 faiz (14,952.7 milyon manat), istehlak kreditləri – 31,1 faiz (8,747.6 milyon manat) və ipoteka kreditləri – 15,7 faiz (4,396.2 milyon manat) təşkil edib.

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0,1 faiz bəndi azalaraq 1,7 faiz təşkil edib.

Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 77,2 faizi və ya 36 milyard 747,5 milyon manat olub. Depozit portfelinin 60,4 faizi (22,199.6 milyon manat) hüquqi şəxslərin, 39,6 faizi (14,547.9 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.

Hüquqi şəxslərin tələbli depozitləri 16 milyard 832,2 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 75,8 faizini təşkil edib.

Paylaş: