Psixoloq: İnsan qüsurlarını inkar və ya rədd etdikdə, daxili konflikt, dərin utanma və özünütənqid halları artmağa başlayır
Psixoloji baxımdan yanaşdıqda, qüsurlarımızı qəbul etmək özü ilə sağlam münasibət və özünəinamın formalaşmasında əsas rol oynayır. Çünki yüksək özgüvən və xoşbəxtlik heç də düşünüldüyü kimi mükəmməllik və ya daimi uğurla əlaqəli olmayıb, əksinə özünü olduğu kimi qəbul etməklə, yəni çatışmazlıqları və qüsurlu tərəflərimizi də qəbul etməklə bağlıdır.
Fhnews.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da psixoloq Gülsabah Quliyeva açıqlayıb.
Onun sözlərinə görə, insan öz qüsurlarını inkar və ya rədd etdikdə, daxili konflikt, dərin utanma və özünütənqid halları artmağa başlayır: “Bu da öz növbəsində tez-tez şərti sevgi hissinin, sadəcə müəyyən standartlara cavab verdikdə özünü dəyərli hiss etməyin yaranmasına gətirib çıxarır. Belə bir şəraitdə formalaşan özünəhörmət qeyri-sabit və kövrək olur, zamanla isə narahatlıq, depressiya və tükənmişlik kimi problemlərə yol aça bilir. Halbuki öz qüsurlarımızı qəbul etmək psixoloji dayanıqlılığı artırır. Qüsurlarımıza bir “qüsur” kimi yox, insan olmağın təbii və mənalı parçası kimi yanaşmaq tövsiyə edilir. İnsan özünə qarşı tənqidçi yox, anlayışlı və şəfqətli olduqda, özü ilə daha güclü və dürüst bir daxili münasibət qurur”.
Psixoloq vurğulayıb ki, qüsurlarımızı qəbul etmək özgüvəni və özünəhörməti artırır. Çünki özümüzü olduğumuz kimi qəbul etmək başqalarının təsdiqinə daha az ehtiyac duymağımıza səbəb olur.
FHN-in strukturlarında 28 may –...
Şair Muxtar Qasımzadənin poeziya...
Sabah paytaxtda havanın temperaturu 30...
May ayının müavinət, təqaüd və ünvanlı...
Ümumdünya Halal Standartları Günü ilə...