Tailandın Kralı Maha Vaçiralonqkorndan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi, möhkəm cansağlığı, xoşbəxtlik arzularımı çatdırır, ölkənizə, xalqınıza rifah və firavanlıq diləyirəm.
Diplomatik münasibətlərin qurulduğu otuz ildən artıq müddətdə Tailand və Azərbaycan arasında dostluq əlaqələri, xüsusilə də ticarət, investisiya və turizm sahələrində ikitərəfli əməkdaşlıq inkişaf etmişdir.
Əminəm ki, Zati-alinizin güclü dəstəyi ilə ölkələrimizin və xalqlarımızın rifahı naminə əməkdaşlığımızın genişlənməsi istiqamətində daha çox uğur əldə edəcəyik.
Hörmətlə,
Maha Vaçiralonqkorn
Tailandın Kralı
Birləşmiş Millətlər Təşkilatının Baş...
Cənubi Afrika Respublikasının Prezidenti...
Amerika Birləşmiş Ştatlarının Prezidenti...
Moldova Respublikasının Prezidenti Maya...
Misir-Azərbaycan Dostluq Cəmiyyəti İdarə...