29 may 2025, cümə axşamı Bakı, 19°C
IMG-LOGO

Nərimanov rayonunda obyektdə yanğın olub (video)

26-05-2025

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, İ.Qayıbov küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus ümumi sahəsi 1300kv.m olan bir dam altında tikilmiş avadanlıqların təmiri sexi və anbar kimi fəaliyyət göstərən obyektin dam örtüyündə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində obyektin dam örtüyündə baş vermiş yanğın genişlənməsinə, o cümlədən obyektin təmir və anbar hissəsinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində obyektin dam örtüyü 120kv.m. sahədə və işçilərin soyunub-geyinmə otağı 5kv.m. sahədə yanıb.

Obyektin təmir və anbar sahəsi yanğından mühafizə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Paylaş: