Azərbaycan və Türkiyə müdafiə nazirləri iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişafını müzakirə ediblər
Mayın 28-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, görüşdə Azərbaycan və Türkiyə respublikaları arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminlik ifadə olunub. Ölkələrimiz arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd edilib.
Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, həmçinin bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsinin vacibliyi bildirilib.
“Erciyes - 2025” təlimində...
Hərbi qulluqçumuz Kəlbəcər rayonunda...
Raket və Artilleriya Qoşunlarının...
Azərbaycan və Türkiyə müdafiə nazirləri...
Azərbaycanla Pakistan arasında hərbi...