Tovuz və Gədəbəyin 13 kəndinin yolları yenidən qurulur
Tovuz və Gədəbəy rayonlarını əhatə edən, 13 yaşayış məntəqəsini birləşdirən Çatax–Çeşməli–Mollalar–Məşədivəlilər–Həsənli–Abbasqulular–Papaqçılar–Güvəndik–Lazılar–Novosaratovka marşrutu üzrə yol infrastrukturunun təkmilləşdirilməsi və əhalinin gediş-gəlişinin yaxşılaşdırılması məqsədilə sözügedən yolların yenidən qurulması işlərinə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, layihə çərçivəsində ümumi uzunluğu 24,6 kilometr olan avtomobil yollarının əsaslı şəkildə bərpası həyata keçirilir.
Layihə üzrə avtomobil yolları IV, bəzi sahələrdə isə V texniki dərəcəyə uyğun şəkildə yenidən qurulur.
Hazırda layihənin Çatax–Çeşməli–Novosaratovka istiqamətində torpaq işləri, yolun hamarlanması və normativ enə salınaraq genişləndirilməsi işləri həyata keçirilir. Bu mərhələdən sonra texnoloji ardıcıllığa uyğun olaraq yol əsasının tikintisi və asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq. Eyni zamanda, yolboyu suların ötürülməsi məqsədilə zəruri nöqtələrdə suötürücü boruların quraşdırılması da layihə çərçivəsində nəzərdə tutulub.
Layihənin başlanğıc, 1-ci kilometr hissəsində yerləşən mövcud körpünün sökülməsi və əvəzində biraşırımlı yeni körpünün inşası planlaşdırılır.
Yenidənqurma işlərinin yekun mərhələsində hərəkətin təhlükəsiz və nizamlı təşkili üçün yol nişanlarının və kilometraj göstəricilərinin quraşdırılması, həmçinin yol-cizgi və yolgöstərici xətlərinin çəkilməsi nəzərdə tutulub.
Beynəlxalq konfransın iştirakçıları 1...
Tərtər rayonunun sakini minaya düşüb...
Ali Məclisin yaz sessiyası başa çatıb...
İyunda hava necə olacaq?...
“Ədliyyə könüllüləri” proqramının yeni...