Qvatemalada 3 min ilə yaxın tarixi olan Maya şəhərinin qalıqları tapılıb
Arxeoloqlar Qvatemala cəngəlliyində piramidalar, abidələr və unikal kanal sistemi olan təxminən 3 min il əvvələ aid Maya şəhəri aşkar ediblər. Tapıntılar onun sivilizasiyanın ən erkən və ən mühüm mərasim yerlərindən biri olduğunu göstərir.
Fhnews.az xarici mətbuata istinadla xəbər verir ki, Maya sivilizasiyası təxminən eramızdan əvvəl 2000-ci illərdə yaranıb və eramızın 400-900-cü illəri arasında indiki Meksikanın və Qvatemalanın cənubunda, habelə Beliz, Salvador və Hondurasın bəzi rayonlarında özünün ən yüksək inkişaf zirvəsinə çatıb.
İspan dilində “Baba və nənə” mənasını verən “Los Abuelos” adlanan şəhər bir vaxtlar Qvatemalanın şimalındakı Peten departamentindəki Uaksaktun mühüm arxeoloji abidəsinin təxminən 21 kilometrliyində yerləşirdi.
O, təxminən eramızdan əvvəl 800-ci ildən 500-cü ilə qədər olan “Orta Klassik dövr öncəsi” adlanan dövrə aiddir və alimlər hesab edirlər ki, bu şəhər Meksika sərhədi yaxınlığında, Peten cəngəlliyində Maya sivilizasiyasının “ən qədim və mühüm mərasim mərkəzlərindən biri” olub.
“Bu yerdə bölgənin unikal ikonoqrafiyasından istifadə edərək hazırlanmış piramidalar və abidələr ilə əlamətdar olan bir memarlıq planı təqdim edilib. Şəhər öz adını qazıntılar aparılan ərazidə tapılan iki insanabənzər “soy cütlüyü” heykəlindən götürüb. Eramızdan əvvəl 500-300-cü illərə aid fiqurlar əcdadlara sitayişin qədim ritual praktikaları ilə əlaqəli ola bilər”, - deyə Meksikanın Mədəniyyət Nazirliyinin məlumatında bildirilir.
Təxminən 16 kvadrat kilometr ərazini əhatə edən şəhər Qvatemala və Slovakiya arxeoloqları tərəfindən Uaksaktun Parkının əvvəllər az araşdırılmış ərazilərində aşkar edilib. Onun yaxınlığında 33 metr hündürlüyündə klassik dövründən əvvəlki vaxtlara aid freskalar və unikal kanallar sistemi olan piramida da aşkar edilib.
Rusiyanın Bryansk vilayətində körpünün...
Yeni Zelandiyanın akvatoriyasında güclü...
Alimlər planetin buzlaq örtüyünün...
Nigeriyada avtobus körpüdən çaya aşıb,...
Misir piramidalarının içərisində niyə...