1 iyun 2025, bazar Bakı, 27°C
IMG-LOGO

Bakı-Ağstafa-Bakı marşrutuna əlavə qatar reysləri təyin edilir

30-05-2025
IMG

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 31 may və 1 iyun tarixlərində əlavə qatar reysləri təyin edir.

ADY-dən bildirilib ki, Bakı-Ağstafa-Bakı qatarları ənənəvi qrafiklə hər gün, hər iki istiqamətə səfər etmək mümkündür.

Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək olar.

Paylaş: