Biri vardı, biri yoxdu, İstanbulda bir Masalhane vardı...
İstanbul Milli Təhsil departamenti tərəfindən həyata keçirilən İstanbul Nağıl Məktəbi layihəsi çərçivəsində nağıl məktəbləri və evləri yaradılır. Layihə xəstəxanada uzunmüddətli müalicə alan uşaqlara yönəlib.
“Xəstəxanada bir nağıl var” şüarı ilə nağıl məktəbi müəllimləri xəstəxanalara baş çəkərək “Masalhane” (Nağıl evi) sessiyaları ilə gənc xəstələrlə ünsiyyət qururlar. Uşaqların tibbi vəziyyətindən asılı olaraq müəllimlər nağılları xəstəxana palatalarında, yataq başında “Biri vardı, biri yoxdu” deyə başlayırlar. Məqsəd bu nağıllarla uşaqların gələcəyə ümidini itirməməsinə səbəb olmaqdır.
Anadolu Agentliyi Başakşehir Çam və Sakura şəhər xəstəxanasında keçirilən Masalhane tədbirini izləyib. Burada onkologiya və fiziki terapiya şöbələrində müalicə alan məktəb yaşlı uşaqlar nağıl sessiyalarında iştirak ediblər.
Təxminən 3 milyon şagird və 170 min müəllim bu layihəyə qatılıb. Sağlamlıq problemləri səbəbindən məktəblərindən uzaq qalan uşaqlarda bu ayrılığın mənfi təsirlərini azaltmaq üçün xəstəxanalardakı bəzi palatalar sinif kimi düzəldilib. Məqsəd onların müəllimləri ilə birlikdə təhsillərini davam etdirməsi, öyrənmə bacarıqlarını qorumaqdır. Xəstəxana siniflərində ailələrin də iştirakı uşaqların motivasiyasını artırır.
Layihənin ümumi koordinatoru Hatice Çakır Ermiş bildirib ki, İstanbul Nağıl Məktəbləri beş fərqli sahədə fəaliyyət göstərir. O, bunu belə izah edib: “Nağıllar vasitəsilə uşaqlar mədəni ənənə və dəyərlərlə yenidən əlaqə qurur və məktəbə qayıtmağa hazırlaşırlar. Bəzən valideynlər də sessiyalarda iştirak edir və nənə-babalarından nağıl dinləyərək böyüdükləri üçün bundan daha çox zövq alırlar.”
Rusiyanın Bryansk vilayətində körpünün...
Yeni Zelandiyanın akvatoriyasında güclü...
Alimlər planetin buzlaq örtüyünün...
Nigeriyada avtobus körpüdən çaya aşıb,...
Misir piramidalarının içərisində niyə...