1 iyun 2025, bazar Bakı, 27°C
IMG-LOGO

Mobil operatora məxsus baza stansiyalarında yaranan elektromaqnit çirklənmənin miqdarı ölçülüb

30-05-2025
IMG

Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) yüksək gərginlikli elektrik xətləri və mobil rabitə operatorlarına məxsus baza stansiyalarında yaranan elektromaqnit çirklənmənin miqdarı ölçülüb.

AzMİ-dən bildirilib ki, Türkiyə Elmi və Texnoloji Tədqiqat Təşkilatının Milli Metrologiya İnstitutunun (TÜBİTAK UME) mütəxəssisləri ilə birgə aparılan ölçmələr ELT 400 (1 Hz - 400 kHz) maqnit sahəsi, SRM 3006 (27 MHz - 3 GHz) selektiv elektrik sahəsi, FieldMan (100 kHz - 18 GHz) geniş ölçülü elektromaqnit sahəsi analizatorları vasitəsilə yerinə yetirilib.

Qeyd edək ki, AzMİ-nin Radiotezlik gücünün və paylanma parametrlərinin ölçmələri laboratoriyasında həmçinin ölçmə intervalı 100 kHz - 50 GHz olan cihazların yansıma və ötürmə nisbətlərinin (S-parametrləri) ölçülməsi də həyata keçirilir.

Paylaş: